Bank Of Baku

“Nar Mobile” abunəçiləri üçün yeni tarif paketi təqdim olunur

“Nar Mobile” abunəçiləri üçün yeni tarif paketi təqdim olunur
# 29 noyabr 2011 08:58 (UTC +04:00)
Bakı - APA-Economics. “Azerfon” şirkəti (“Nar Mobile” ticarət nişanı altında fəaliyyət göstərir) abunəçilərinə yeni tarif paketi təklif edir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Nar Mobile” abunəçiləri “Unikal” tarifinə qoşulmaqla bütün Azərbaycanla dəqiqəsi cəmi 4 qəpiyə danışa bilərlər.

“Unikal” tarifində abunəçilər heç bir abunə haqqı ödəmədən, əlavə şərtsiz bütün istiqamətlərə vahid qiymətə danışacaqlar. Tarif planına qoşulmaq üçün, sadəcə, Unikal yazaraq 777 nömrəsinə SMS göndərmək və ya *777#2323#Yes şifrəsini yığmaq kifayətdir.

“Unikal” tarifinin qiymət cədvəli :

Xidmətin adı

Qiymət (qəpiklə)

Şəbəkədaxili zəngin 1 dəqiqəsi

4

Şəbəkəxarici zəngin 1 dəqiqəsi

4

Video-zəngin 1 dəqiqəsi

4

SMS

3

MMS

3



Tarif çərçivəsində edilən bütün zənglər üçün hesablama intervalı 10 saniyədir. İstənilən tarifdən “Unikal” tarifinə keçid haqqı 99 qəpik təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR