Bank Of Baku

Bakıda Standartlaşdırma üzrə MDB Dövlətlərarası Şurasının iclası keçirilir - FOTO

Bakıda Standartlaşdırma üzrə MDB Dövlətlərarası Şurasının iclası keçirilir - <font color=red>FOTO</font>
# 29 noyabr 2011 11:54 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Bakıda standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə milli orqanların rəhbərlərinin - MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının 40-cı iclası işə başlayıb.

«APA-Economics»in məlumatına görə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Ukrayna, Belarus, Rusiya, Tacikistan və Polşa nümayəndələrinin iştirak etdiyi iclasda bir neçə məsələ müzakirə olunur. Bunlar Şuranın 2015-ci ilədək fəaliyyət planı və 2020-ci ilədək inkişaf strategiyasını hazırlanması, nanometriyada istifadə olunun yeni uzunluq vahidi etalonunun yaradılması, MDB ölkələri çərçivəsində uyğunluğun qiymətləndirilməsi üzrə texniki maneələrin aradan qaldırılması, sertifikatlaşdırma və sınaq laboratoriyaları üzrə akkreditasiya orqanlarının qarşılıqlı tanınması və s.-dir.

İclasın sonunda görüşün nəticələrinə həsr olunmuş yekun protokolu imzalanacaq. Eləcə də Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Polşanın Standartlaşdırma Komitəsi arasında əməkdaşlıq sazişi də imzalanacaq. Azərbaycan tərəfdən komitənin sədri Ramiz Həsənov, Polşa tərəfdən isə komitənin prezidenti Tomaş Şveytser tərəfindən imzalanacaq sazişdə ticarətdə texniki maneələrin aradan qaldırılması və ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsi məqsədilə mili standartların Avropa və beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində əməkdaşlıq nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR