Bank Of Baku

“Akkord” Gürcüstanda Sveneti-Ruisi yolunu və iki istiqamətli tuneli istismara verib - FOTOSESSİYA

“Akkord” Gürcüstanda Sveneti-Ruisi yolunu və iki istiqamətli tuneli istismara verib - <font color=red>FOTOSESSİYA</font>
# 29 noyabr 2011 15:04 (UTC +04:00)
Bakı - APA-Economics. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC Gürcüstanda Sveneti-Ruisi yolunun və iki istiqamətli tunelin tikintisini yekunlaşdırıb.

Şirkətin İctimaiyyətlə əlaqələr və reklam departamentinin direktoru Afaq Quliyevanın “APA-Economics”ə verdiyi məlumata görə, tunelin təntənəli açılış mərasimi Gürcüstan prezidenti Mixail Saakaşvili, regionların və infrastrukturun inkişafı naziri Ramaz Nikolaişvili, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin rəhbəri Xaqani Quluzadə və digər rəsmilərin iştirakı ilə noyabrın 28-də baş tutub. Rəsmi hissə bitdikdən sonra yol və tunel istismara verilib.

Qeyd edək ki, 2009-cu ilin iyulun 9-da “Akkord” ilk dəfə Gürcüstanda Sveneti-Ruisi yolunun beton örtüklə tikintisi üzrə keçirilən tenderin qalibləri sırasına daxil olub. Bu layihə 3 lotdan ibarətdir və korporasiya tərəfindən tikilən yolun uzunluğu iki istiqamət üzrə 15 km təşkil edir. 1-ci və 2-ci lot üzrə “Akkord-Gürcüstan” bilavasitə kontraktor/icraçı kimi, 3-cü lotda subpodratçı kimi fəaliyyət göstərir. I avtoban yol kateqoriyasına daxil olub, vacib strateji əhəmiyyət daşımaqla yanaşı, bu yol həm də Gürcüstanı Rusiya və Türkiyə ilə bağlayan ümumi magistralın tərkib hissəsidir. “Akkord-Gürcüstan” tikinti işlərinə 2009-cu ilin 15 iyul tarixində başlayıb, tikinti sahəsinə 900-dən çox mütəxəssis və işçi, 600 texniki avadanlıq cəlb edib, 4 beton zavodu, 3 daşdoğrayan, 2 asfalt zavodu və 1 beton plitələri və boruların istehsalı zavodu tikib, həmçinin qaraj, laboratoriya, yataqxana, işçilər üçün yeməkxana, tibb mərkəzi, ofis və s. inşa edib.

Hazırda 1-ci lot üzrə işlər yekunlaşdırılıb və qarşıya qoyulan məqsəd tam yerinə yetirilib. Sahədə uzunluğu 4750 m beton örtüklü və uzunluğu 1202 m asfalt yollar salınıb, körpülər tikilib. 2-ci lot üzrə işlərin əsas hissəsi yerinə yetirilib, uzunluğu 161 m “By pass” körpünün tikintisi tamamlanıb, Liaxvi çayın üzərindən keçən uzunluğu 877 m körpü-estakadanın tikintisi davam etdirilir. Körpünün tikintisində yeni texnologiyalardan və yerdəyişmə üsulundan istifadə etməklə körpünün hissələri mərhələli dayaqların üstünə yerləşdirilir.

Kontrakta əsasən “Akkord-Gürcüstan” Sveneti-Ruisi yolunun tikintisinin 3-cü lotu üzrə 2009-cu ilin avqustundan uzunluğu 8331 m beton örtüklü yolun və uzunluğu 778 m iki tərəfli tunelin tikintisi üzrə işlər aparır. 2011-ci ilin noyabr ayının sonunda Korporasiya bu layihəni uğurla yerinə yetirərək, yolun və iki istiqamətli tunelin tikintisini yekunlaşdırıb istismara verib.

Qeyd edək ki, Gürcüstanda daha bir böyük layihə “Akkord” tərəfindən 2010-cu ilin noyabr ayının 15-də tamamlanıb - 224 km ərazidə Türkiyə sərhədinədək uzanan Samtsxe-Cavaxetiya yolunun Tsalka-Nardevani istiqamətindəki 15 km-lik hissəsi tikilərək təntənəli açılış mərasimi ilə təhvil verilib.

Hazırda bu ölkədə “Akkord-Gürcüstan” tərəfindən 8,3 km-lik Tbilisi-Tianeti, 10 km-lik Kutaisi-Tsxaltubo-Lentexi, 12,23 km-lik Kutaisi-Tkibuli-Ambrolauri yollarının tikintisi kimi vacib layihələr də həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR