Bank Of Baku

Azərbaycan və Polşanın standartlaşdırma qurumları arasında müqavilə imzalanıb

Azərbaycan və Polşanın standartlaşdırma qurumları arasında müqavilə imzalanıb
# 29 noyabr 2011 15:08 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bakıda standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə milli orqanların rəhbərlərinin - MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının 40-cı iclası çərçivəsində Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Polşa Standartlaşdırma Komitəsi arasında əməkdaşlıq sazişi imzalanıb.

Azərbaycan tərəfdən komitənin sədri Ramiz Həsənov, Polşa tərəfdən isə komitənin prezidenti Tomaş Şveytser tərəfindən imzalanan sazişdə ticarətdə texniki maneələrin aradan qaldırılması və ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsi məqsədilə milli standartların Avropa və beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində əməkdaşlıq nəzərdə tutulur. Bura standartlaşdırma sahəsində məlumat və məsləhətlər, eləcə də nou-haular mübadiləsi, milli standartların mübadiləsi, mütəxəssislərin təlimi və hazırlanması üzrə təcrübə mübadiləsi və s. tədbirlər daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR