Bank Of Baku

Bakı metrosunda sərnişindaşımanın həcmi artır

Bakı metrosunda sərnişindaşımanın həcmi artır
# 30 noyabr 2011 06:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayı ərzində Bakı Metropolitenindən 16,8 mln. sərnişin yararlanıb ki, əvvəlki aya nisbətən metrodan istifadə edən sərnişinlərin sayı 10,5% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-oktyabr aylarında metrodan 149,2 mln. nəfər yararlanıb, bu isə ötən ilin analoji dövrünə nisbətən 0,7% çoxdur.

Qeyd edək ki, 2011-ci ilin ötən dövrü ərzində Bakı Metropolitenində sərnişin daşımasının həcmində ilk dəfə sentyabr ayında (0,3%) artıb.

Xatırladaq ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 23 stansiyası və 1 deposu var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR