Bakı-Böyük Kəsik istiqamətində daha 2 km yolun əsaslı təmirinə start verilib
30 noyabr 2011 08:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri çərçivəsində bu gün Zəyəm-Dəllər sahəsinin 136-138-ci kilometrində daha 2 km yol əsaslı təmir olunur və səhər saatlarında köhnə yolun söküntüsünə start verilib.
“Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verilən məlumata görə, əsaslı təmir işlərinə “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin 4 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub.
Yolların əsaslı təmiri prosesini Çexiyanın “ExİmBank”ının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.
Qeyd edək ki, ADY-nin Bakı-Böyük Kəsik sahəsində 317 km yolun əsaslı təmirinə 2011-ci ilin iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci km-də start verilib. Bu günə kimi 26,5 km yol əsaslı təmir olunub. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı sahəsində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir.

İnfrastruktur
Bakıda marşrut xətlərinə əlavə 170 avtobus cəlb ediləcək
17:57
12 sentyabr 2024
Azərbaycan Rusiya ilə kruiz səfərlərinin təşkilini müzakirə edib
15:42
12 sentyabr 2024
Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
18:03
11 sentyabr 2024
ADY: Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə reyslər artırılır
18:03
11 sentyabr 2024