Bank Of Baku

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının 27-ci Assambleyasının plenar iclasında iştirak edib

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının 27-ci Assambleyasının plenar iclasında iştirak edib
# 30 noyabr 2011 09:07 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ADDA) rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının (BDT) 27-ci Assambleyasının plenar iclasında iştirak edib.

ADDA-nın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, iclasda Beynəlxalq Dəniz Təşkilatının növbəti 2 il üçün strateji planı, təşkilatın keçən dövr üçün maliyyə auditinin nəticələri, BDT-yə üzv ölkələrdə dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyaların tələblərinə riayət olunması vəziyyətinin araşdırılması üzrə auditin keçirilməsi, habelə dövlətlərin Dəniz Administrasiyalarının fəaliyyətinin qiymətləndirilməsi məqsədilə tətbiq edilmiş yeni cədvəl təsdiq edilib.

Eyni zamanda toplantıda dəniz nəqliyyat sahəsində mütəxəssislərin hazırlığına dair məsələlər müzakirə edilib, dəniz quldurluğu hallarının qarşısının alınması istiqamətində Beynəlxalq Dəniz Təşkilatı tərəfindən BMT və NATO kimi nüfuzlu beynəlxalq təşkilatlarla birlikdə həyata keçirilən tədbirlər barədə üzv dövlətlərə məlumat verilib. Təşkilatın Dəniz Təhlükəsizliyi, Dəniz Ətraf Mühitinin Mühafizəsi, Hüquq və digər komitələrin hesabatları dinlənilib, eləcə də dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qətnamələr qəbul edilib və Beynəlxalq Dəniz Təşkilatının icraçı orqanı olan Şuranın üzvlüyünə seçkilər keçirilib.

Həmçinin Assambleya tərəfindən Beynəlxalq Dəniz Təşkilatının baş katibi vəzifəsinə yeni seçkilər keçirilib və adıçəkilən təşkilatın Dəniz Təhlükəsizliyi bölməsinin direktoru, Yaponiya təmsilçisi Koji Sekimizu Beynəlxalq Dəniz Təşkilatının yeni baş katibi seçilib.

Plenar iclasda keçirilən dinləmələr zamanı Azərbaycan nümayəndə heyəti müzakirələrdə aktiv iştirak edib və Azərbaycan Respublikasının qoşulmuş olduğu konvensiyaların tələblərinə tam əməl edilməsi, xüsusilə də bu sahənin daim dövlət nəzarətində saxlanıldığı və mütəmadi tədbirlərin görüldüyü, Azərbaycan tərəfindən audit yoxlanışına müvafiq hazırlıq işlərinin görüldüyü Assambleyanın, eləcə də üzv dövlətlərin nümayəndə heyətlərinin nəzərinə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR