Bank Of Baku

Azərbaycanda hava nəqliyyatı ilə yükdaşıma 26%, sərnişindaşıma isə 38% artıb

Azərbaycanda hava nəqliyyatı ilə yükdaşıma 26%, sərnişindaşıma isə 38% artıb
# 30 noyabr 2011 09:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda hava nəqliyyatı ilə 1,2 mln. sərnişin və 39,9 min ton yük daşınıb. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən bildirilib.

«Ölkənin hava nəqliyyatının fəaliyyətində daha yüksək artım müşahidə olunur. On ay ərzində ötən ilin analoji dövrünə nisbətən 38,3% çox sərnişin və 25,8% çox yük daşınıb», - deyə Komitədən bildirilib.

Hesabat dövründə daşınmanın 96,9%-i dövlət bölməsinə, 3,1%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib.
Bundan başqa, cari ilin yanvar-oktyabr ayları ərzində hava nəqliyyatı ilə sərnişin dövriyyəsi 1 794,7 mln. sərnişin/km, yük dövriyyəsi isə 179,7 mln. ton/km təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 31,6% və 68,2% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR