Bank Of Baku

AZAL aviaşirkəti Bakı-Zaqatala və Bakı-Lənkəran aviareyslərini dayandırıb

AZAL aviaşirkəti Bakı-Zaqatala və Bakı-Lənkəran aviareyslərini dayandırıb
# 30 noyabr 2011 11:11 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə AZAL-dan bildirilib.

Şirkətdən bildirilib ki, bu marşrutlar üzrə aviareyslər bu gündən etibarən 2012-ci il mart ayının 24-dək təxirə salınır: «Aviareyslərin təxirə salınması bu marşrutla uçan sərnişinlərin az olması ilə bağlıdır. Bu da öz növbəsində mövsümi amillə əlaqədardır. Buna baxmayaraq, reyslərin martın 24-dən daha tez bərpa olunması da istisna olunmur».

Xatırladaq ki, Bakı-Zaqatala və Bakı-Lənkəran marşrutları üzrə aviareyslər müvafiq olaraq 2008-ci ilin sentyabr və oktyabr aylarında açılıb.

Qeyd edək ki, hazırda AZAL ölkə daxilində Bakı-Naxçıvan, Bakı-Gəncə və Gəncə-Naxçıvan marşrutları üzrə uçuşlar yerinə yetirir. Perspektivdə aviaşirkət Bakı-Qəbələ marşrutu üzrə də aviareys açmaq niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR