Bank Of Baku

Böyük Bakının Regional İnkişaf Planı gələn il hazır olacaq

Böyük Bakının Regional İnkişaf Planı gələn il hazır olacaq
# 30 noyabr 2011 11:44 (UTC +04:00)
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artıq bu işlərlə bağlı məsləhətçi şirkətlərlə müqavilələr imzalanıb. Belə ki, Dünya Bankı ilə razılaşdırılmış məsləhətçi xidmətlərinə dair dörd müqavilədən üçü artıq imzalanıb, o cümlədən layihənin koordinasiya funksiyalarının həyata keçirilməsi üzrə Bakı Dövlət Layihə İnstitutu ilə imzalanmış müqavilədən sonra «Böyük Bakının rəqabətlilik və yerli iqtisadi inkişafı» və «Şəhər və regional planlaşdırma» üzrə tender proseduraları nəticəsində seçilmiş beynəlxalq məsləhətçilərlə - ABŞ-dan olan şəhər iqtisadiyyatı üzrə mütəxəssis xanım Kaya Miller və Şəhər-Regional Planlaşdırma istiqaməti üzrə italiyalı təcrübəli memar Ancelo de’Urso ilə müvafiq müqavilələr imzalanıb.

«Ətraf mühitin strateji qiymətləndirilməsi» üzrə məsləhətçi şirkətinin seçilməsi üçün satınalma prosedurası isə davam edir və 2011-ci ilin sonunda seçilmiş namizədlə müvafiq müqavilənin bağlanması gözlənilir. «Ümumiyyətlə, Böyük Bakının Regional İnkişaf Planı layihəsinin tamamlanması 2012-ci ilin sonuna planlaşdırılır», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR