Bank Of Baku

Azərbaycanda iki rayonun baş memarı işdən çıxarılıb

Azərbaycanda iki rayonun baş memarı işdən çıxarılıb
# 30 noyabr 2011 12:08 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda iki rayonun baş memarı işdə yol verdikləri pozuntulara görə işdən azad edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında dövlət başçısının fərmanı və Nazirlər Kabinetinin təsdiqlədiyi “Dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu ilin 11 ayında respublikanın 28 şəhər və rayonlarda son 3 ildə həyata keçirilmiş şəhərsalma fəaliyyətini araşdırıb.

Aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün yerli memarlıq xidmətlərinə ümumilikdə 433 obyekt üzrə 28 “Tapşırıq” verilib və inzibati xətaya yol vermiş şəxslər barəsində 10 “Protokol” tərtib olunaraq cəmi 14300 manat cərimənin ödənilməsi üçün müvafiq “Qərar” qəbul edilib. Şamaxı və Saatlı rayonlarının baş memarları isə aşkarlanmış nöqsanlara görə Komitənin təqdimatı əsasında rayon icra hakimiyyəti başçıları tərəfindən tutduqları vəzifədən azad ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR