Bank Of Baku

Sabah Bakıda «Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları» mövzusunda beynəlxalq konfrans işə başlayır

Sabah Bakıda «Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları» mövzusunda beynəlxalq konfrans işə başlayır
# 30 noyabr 2011 13:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Dekabrın 1-2-də UNESCO, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirliklərinin təşkilatçılığı ilə Bakıda «Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları: siyasət, pedaqogika və sosial vərdişlər» mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, konfransın əsas məqsədi biliyə əsaslanan cəmiyyətdə müəllimlərin İKT, pedaqoji və sosial sahələrdə başlıca kompetensiyaları əsasında onların peşəkar inkişafı ilə bağlı strategiya, istiqamət və təcrübə ətrafında fikir mübadiləsinin aparılmasıdır: «Tədbir İKT-nin təhsildə tətbiqi sahəsində elmi tədqiqatların nəticələrinin və ən yaxşı təcrübələrin müzakirəsi və akademik birlik nümayəndələri və siyasi xadimlər arasında konstruktiv dialoqun yaradılması üçün foruma çevriləcək. Konfransda 20-dən çox xarici ekspertin və 60 yerli mütəxəssisin iştirakı planlaşdırılır».

Plenar iclaslar və müzakirələr formasında keçiriləcək tədbirdə əsas müzakirə mövzusu müəllimlərin İKT sahəsində kompetensiyaları və peşə biliklərinin artırılması, açıq təlim resursları və texniki peşə təhsilində İKT-nin rolu olacaq.

Konfrans çərçivəsində «Azərbaycanda peşə təhsilinin inkişafı» üzrə UNESCO, Yaponiya hökuməti, Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun birgə layihəsinin nəticələrinin təqdimatı da nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR