Bank Of Baku

Bu gündən Bakı metrosunda gediş haqqı 20 qəpik olub

Bu gündən Bakı metrosunda gediş haqqı 20 qəpik olub
# 30 noyabr 2011 21:00 (UTC +04:00)
«APA-ECONOMICS»in xəbərinə görə, Tarif (Qiymət) Şurasının son iclasında Bakı Metropolitenində sərnişindaşıma xidməti tarifinə də baxılıb. Metro ilə sərnişindaşıma xərclərinin artmasına və 1 sərnişinin birdəfəlik gediş xərcinin mövcud tarifdən bir neçə dəfə yüksək olmasına baxmayaraq, sosial məqsədlərə uyğun ucuz tarif siyasəti prioritet hesab edilərək, metroda gediş haqqının 20 qəpik səviyyəsində müəyyənləşdirilməsi qərara alınıb.

«Yeni tariflər bir sıra MDB ölkələri və qonşu dövlətlərin uyğun tarifləri ilə müqayisədə xeyli aşağıdır. Belə ki, metro ilə sərnişindaşıma tarifi Moskvada 71 qəpik, Sankt-Peterburqda 63 qəpik, Kazanda 38 qəpik, İstanbulda 74 qəpik, Kiyevdə və Tbilisidə 20 qəpik və s. təşkil edir», - deyə Tarif Şurasının məlumatında bildirilib.

Qeyd edək ki, 2009-cu ilin oktyabr ayında Bakı Metropolitenində gediş haqqı 3 dəfə artırılaraq 15 qəpiyə qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR