Bank Of Baku

Nazir müavini: “Azərbaycanın ilk süni milli peykinin orbitə buraxılmasına dair bütün sənədlər imzalanıb”

Nazir müavini: “Azərbaycanın ilk süni milli peykinin orbitə buraxılmasına dair bütün sənədlər imzalanıb”
# 01 dekabr 2011 07:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın ilk süni milli peykinin orbitə buraxılmasına dair bütün sənədlər imzalanıb. “APA-Economics”in xəbərinə görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, peyk 2012-ci ilin sonunda orbitə çıxarılacaq.

Qeyd edək ki, “Azersat” peykinin orbitə buraxılması layihəsinin ümumi dəyəri 200 mln. manata (250 mln. ABŞ dolları) yaxındır. Təkcə peykin istehsalçısı olan “Orbital Sciences Corporation” şirkəti ilə imzalanan müqavilənin dəyəri 112 mln. manat təşkil edir. Bu, peykin istehsalı ilə yanaşı, yerüstü idarəetmə strukturunun yaradılmasına və kadrların hazırlanmasına xərclənəcək vəsaitin həcmidir.

Azərbaycanın ilk telekommunikasiya süni peykinin buraxılması layihəsi kommersiya xarakteri daşıyır. İlkin hesablamalara görə, layihəyə qoyulan vəsaitlərin peykin istismarına başlanılandan sonrakı 5-7 il ərzində qaytarılması nəzərdə tutulur. Azərbaycan peykin imkanlarının yalnız 20%-dən istifadə etmək niyyətindədir, qalan hissəsini isə digər ölkələrin istifadəsinə verəcək. Artıq peykin imkanlarının 40%-i Malayziyaya təqdim edilib, qalan hissə üzrə isə təkliflər qəbul olunur.

Azərbaycan milli peykinin Skandinaviya ölkələri istisna olmaqla, Avropanı tam, Qazaxıstanın böyük hissəsini əhatə etməklə isə Asiyanın yarısını əhatə etməsini istəyir. Peyk teleradio yayım və internetlə transmissiyaya malik olacaq.

Milli peykin orbitə çıxarılmasında Azərbaycana ABŞ-da yaşayan Rusiya akademiki Roald Saqdeyevin təşəbbüsü ilə yaradılmış “Silk Sat” proqramı dəstək göstərir. Proqram Böyük İpək Yolu ölkələrinin ABŞ və Rusiya resurslarının cəlb etməklə vahid peyk sisteminin yaradılmasını nəzərdə tutur. Peykin əsas idarəetmə mərkəzi Qala qəsəbəsində, ehtiyat idarəetmə mərkəzi isə Naxçıvanda olacaq.

Xatırladaq ki, layihə Azərbaycan prezidentinin 2008-ci il 4 noyabr tarixli “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” sərəncamına müvafiq olaraq həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR