Bank Of Baku

Gələn ildən Azərbaycanda “daşınan nömrələr” xidməti tətbiq olunacaq

Gələn ildən Azərbaycanda “daşınan nömrələr” xidməti tətbiq olunacaq
# 01 dekabr 2011 08:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda “daşınan nömrələr” layihəsi gələn il həyata keçiriləcək. “APA-Economics”in xəbərinə görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, “daşınan nömrələr” xidmətinin tətbiqi üçün bütün operatorlar tərəfindən şərait yaradılacaq.

Qeyd edək ki, gələn ilin mart ayında Azərbaycanda mobil rabitə operatorları üzrə telefon nömrələrinin abunəçinin istəyinə uyğun olaraq daşınması mexanizminin tətbiqi nəzərdə tutulur. Hazırda bu istiqamətdə müvafiq kompleks hazırlıq işləri gedir, müvafiq normativ-hüquqi baza formalaşdırılır, texniki hazırlıq işləri aparılır. “Daşınan nömrələr” xidmətinin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər. Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. Xidmətin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə, telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu isə o deməkdir ki, abunəçinin operatoru dəyişəcəyi halda yeni nömrə almaq, köhnə nömrəsinin yaddaş kitabçasında olan nömrələri köçürmək və nömrənin dəyişməsi barədə öz yaxınlarına, biznes partnyorları və həmkarlarına məlumat göndərmək zərurəti qalmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR