Bank Of Baku

«Bakcell»in 3G xidmətindən istifadə edənlərin sayı 650 mini ötüb

«Bakcell»in 3G xidmətindən istifadə edənlərin sayı 650 mini ötüb
# 01 dekabr 2011 10:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkətinin istifadəyə verdiyi 3G xidmətindən yararlanan abunəçilərin sayı 650 min nəfəri ötüb. «APA-Economics»in məlumatına görə, bu barədə «Bakcell» şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

Onun sözlərinə görə, «Bakcell» 3G xidmətini noyabrın 22-də istifadəyə verib və hazırda bu xidmətdən istifadə edənlərin sayı 650 mini ötüb: «3G-dən istifadə edənlərin 60%-i sörfinq xidmətlərindən, 13%-i «Facebook»dan, 10%-i isə «Youtube»dan istifadə edir».

R.Şirer onu da qeyd edib ki, hazırda «Bakcell» və «Opera Software» şirkətləri tərəfindən abunəçilərə təklif olunan «Opera Mini» brauzeri sörfinq xidmətlərindən istifadə edənlərin sayını bir qədər də artıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR