Bank Of Baku

Saakaşvili: “BTQ-nin Gürcüstan hissəsinin inşası üçün kredit ayırdığına görə Azərbaycan prezidentinə təşəkkür edirəm”

Saakaşvili: “BTQ-nin Gürcüstan hissəsinin inşası üçün kredit ayırdığına görə Azərbaycan prezidentinə təşəkkür edirəm”
# 01 dekabr 2011 15:19 (UTC +04:00)
Bu barədə APA-nın Orta Asiya müxbirinə Qırğız Respublikası prezidenti Almazbek Atambayevin andiçmə mərasimində iştirak edən Gürcüstan prezidenti Mixeil Saakaşvili deyib.

Onun sözlərinə görə, hələlik inşaat işləri cədvələ uyğun həyata keçirilir: “Bu mühüm əhəmiyyətli sayılan və “Əsrin layihəsi” adını qazanan dəmiryolu xəttinin Qarsdan Axalkələkə qədər uzunluğu 98 km-dir ki, bunun da 38 km-i bizim tərəfimizdən inşa edilir”.

“Dəmiryolunun Gürcüstan hissəsinin inşası və təmiri üçün 775 mln. ABŞ dolları həcmində güzəştli kredit ayırdığına görə Azərbaycan prezidenti İlham Əliyevə şəxsən öz adımdan təşəkkür edirəm. Ümidvaram ki, “Əsrin layihəsi”ni vaxtında həyata keçirə biləcəyik”, - deyə M.Saakaşvili fikirlərini tamamlayıb.

Xatırladaq ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin “Marabda-Kartsaxi Dəmir Yolları” MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq.

Bundan başqa, Axalkələkdən Türkiyə sərhədinə olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkələk sahəsində 160 km-lik mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiya olunması üçün Azərbaycan Gürcüstana 25 il müddətinə, illik 5%-lə 575 mln. dollar həcmində əlavə vəsait ayırıb. BTQ layihəsi Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR