Bank Of Baku

Azərbaycanda telefon rabitəsinin 130 illiyinə həsr edilən poçt markası buraxılıb

Azərbaycanda telefon rabitəsinin 130 illiyinə həsr edilən poçt markası buraxılıb
# 02 dekabr 2011 11:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərmarka» şirkəti ölkədə telefon rabitəsinin 130 illiyinə həsr edilən poçt markasını təqdim edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, nominal dəyəri 1 manat və 200 min nüsxədə buraxılan markanın üzərində telefon aparatı və Yer kürəsi ətrafında fırlanan süni peyk təsvir olunub.

Qeyd edək ki, 130 il əvvəl - 1881-ci il dekabrın 6-da Bakıda Nobel qardaşları tərəfindən uzunluğu 6 km olan ilk telefon xəttinin çəkilməsi ilə Azərbaycanda rabitənin yaranma tarixi başlanıb.

Xatırladaq ki, 2006-cı ildən etibarən hər il dekabrın 6-da Azərbaycanda rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı qeyd edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR