Bank Of Baku

«Google Chrome» brauzeri populyardığına görə dünyada ikinci yerə qalxıb

«Google Chrome» brauzeri populyardığına görə dünyada ikinci yerə qalxıb
# 02 dekabr 2011 12:51 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Noyabr ayında «Google Chrome» brauzeri «Mozilla Firefox»u keçərək dünya bazarında populyarlığına görə ikinci yerə qalxıb.

APA-Economics”in xəbərinə görə, «StatCounter» şirkətinin araşdırmalarına əsasən dünyada ən populyar brauzer «Microsoft Internet Explorer»dir.

Hazırda «Google Chrome» brauzerinin bazar payı 26%-dir. Ötən il bu göstərici cəmi 14,9%, iki il əvvəl isə 5%-dən də az idi. «Firefox»un payı bir il əvvəlki 30,8%-dən 25,1%-ə enib.

Brauzerlərin reytinqində 4-cü yeri «Apple Safari» tutur. Son bir ildə şirkətin bazar payı 4,8%-dən 6,4%-ə qalxıb. İlk beşliyi tamamlayan «Opera» brauzerinin payı isə son bir ildə 2,1%-dən 1,7-ə düşüb. Qalan bütün brauzerlərin bazar payı ümumilikdə 0,7% təşkil edir.

Bazarın lideri «Microsoft Internet Explorer»in bazar payı 40,1% təşkil edir. Bununla yanaşı, araşdırmalar göstərir ki, bazarda həm «Internet Explorer», həm də «Firefox»un payı getdikcə azalmaqda, «Chrome»nin payı artmaqdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR