Bank Of Baku

Bu il Azərbaycanda 1,507 mln. kv. metr yaşayış sahəsi istifadəyə verilib

Bu il Azərbaycanda 1,507 mln. kv. metr yaşayış sahəsi istifadəyə verilib
# 02 dekabr 2011 13:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda 2011-ci ilin yanvar-oktyabr ayları ərzində istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 1 506,9 min kv. metr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,9% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, təkcə oktyabr ayında ümumi sahəsi 155,7 min kv. metr olan yaşayış evləri istifadəyə verilib ki, bu da əvvəlki aya nisbətən 41%, ötən ilin oktyabrı ilə müqayisədə isə 47,5% azdır.

Qeyd edək ki, yaşayış evlərinin istifadəyə verilməsi göstəricisi əsas makroiqtisadi göstəricilərdən biridir və ölkədə ümumi iqtisadi vəziyyəti, əhalinin alıcılıq qabiliyyətinin səviyyəsini, həmçinin tikinti sektorundakı cari vəziyyəti və s. amilləri əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR