Bank Of Baku

«Azercell» Naxçıvan Dövlət Universiteti ərazisində 4G sınaq şəbəkəsi yaradıb

«Azercell» Naxçıvan Dövlət Universiteti ərazisində 4G sınaq şəbəkəsi yaradıb
# 02 dekabr 2011 15:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkətinin prezidenti Əli Ağan Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədovla görüşüb.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, daha sonra Ə.Ağan Naxçıvan Dövlət Universitetinə 4G sınaqları layihəsinin açılışı münasibətilə səfər edib.

«Azercell»lə mobil rabitə sahəsində müxtəlif texnoloji həllər təqdim edən Çinin ZTE şirkəti ilə birgə həyata keçirilən Naxçıvan Dövlət Universitetinin tələbələri üçün innovativ layihənin köməyilə ümumi ərazisi 108 hektar olan Universitetdə 4 mindən artıq tələbənin 4G texnologiyasının təqdim etdiyi üstünlüklərdən yararlanmaq imkanı olacaq. Bu isə, yüksək sürətli mobil internet, böyük həcmdə mobil datanın ötürülməsi kimi son texnoloji nailiyyətləri tələbələrin şəxsən özlərinin sınaqdan keçirmək imkanı yaradır.

Tədbir zamanı 4G texnologiyasının imkanlarını nümayiş olunub. Burada böyük həcmli datanın 80 mbit/s sürətilə ötürülməsi nümayiş olunub və bunun nəticəsində HD formatında videoçarx onlayn rejimdə izlənilib.

Qeyd edək ki, 4-cü nəsil texnologiyası dünyada mövcud olan ən son və ən yüksək sürətli mobil data ötürülməsini mümkün edən bir texnologiyadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR