Bank Of Baku

Azərbaycan tikintidə Avropa standartlarına keçir

Azərbaycan tikintidə Avropa standartlarına keçir
# 05 dekabr 2011 07:08 (UTC +04:00)
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hazırda qüvvədə olan tikinti normativ sənədlərin tələblərinin Avropa standartlarına uyğunlaşdırılması məqsədilə 17 tikinti normativ sənədin yenidən işlənib hazırlanması üzrə işlərə başlanıb.

Bura inzibati və məişət binaları, körpülər və borular, istilik şəbəkələri, zəhərli sənaye tullantılarının zərərsizləşdirilməsi və basdırılması üçün poliqonlar, seysmik rayonlarda tikinti və s. üzrə normativ sənədlər aiddir.

Eyni zamanda, Azərbaycanın şəhərsalma və tikinti sahəsinə xarici investorların cəlb edilməsi və xarici ölkələrin investisiya layihələrinin respublika ərazisində tətbiqinin asanlaşdırılması məqsədilə tikinti konstruksiyalarının layihələndirilməsi sahəsində paralel olaraq avrokodların tətbiqinin mümkünlüyü də öyrənilir. Hazırda Komitə tərəfindən Belarus və Qazaxıstanın bu sahədəki təcrübəsi öyrənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR