Bank Of Baku

Azərbaycanda tikinti normativ sənədlərinin siyahısı hazırlanıb

Azərbaycanda tikinti normativ sənədlərinin siyahısı hazırlanıb
# 05 dekabr 2011 07:35 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda qüvvədə olan tikinti norma və qaydalarının siyahısı hazırlanıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, «Azərbaycan Respublikasında qüvvədə olan tikinti normativ sənədlərinin Siyahısı (01.01.2011-ci il tarixə olan vəziyyət)» işlənib hazırlanaraq təsdiq edilib və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınıb.

Sənədin hazırlanmasında məqsəd Azərbaycan ərazisində qüvvəyə minmiş yeni tikinti norma və qaydaları, standartlar, texniki şərtlər və metodiki sənədlər, o cümlədən dövlətlərarası norma və standartlar və eləcə də qüvvədə olan normativ sənədlərə edilən dəyişiklik və əlavələr barədə müvafiq təşkilatları məlumatlandırmaqdır.

Paralel olaraq MDB Dövlətlərarası Elmi-Texniki Komissiyası (TNDETK) tərəfindən Komitənin iştirakı ilə qəbul edilmiş 36 dövlətlərarası normativ sənəd təsdiq edilib və respublika ərazisində qüvvəyə minib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR