Bank Of Baku

“İran Hodro” Avtomobil Zavodu bağlanır

“İran Hodro” Avtomobil Zavodu bağlanır
# 05 dekabr 2011 09:36 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində fəaliyyət göstərən “İran Hodro” Avtomobil Zavodu bağlanır.

APA-nın məlumatına görə, 5 min işçisi olan zavodda 1965-1970-ci illərin standartlarına uyğun “Pikap Peykan” adlı avtomobil istehsal edilirdi. Hazırda standartlara uyğun olmadan istehsal olunmuş 40 min avtomobilin satışa çıxarılmasına icazə verilməyib və nəticədə həmin maşınlar zavodun həyətində çürüyür. Bu səbəbdən zavod milyardlarla dollar ziyana uğrayıb. Ona görə də şirkət rəhbərliyi zavodun bağlanılmasına qərar verib.

Qeyd edək ki, İran Milli Standartlaşdırma İdarəsi həmin avtomobillərin satışına icazə versə də, ölkənin Dövlət Yol Polisi İdarəsi bu maşınların istifadəsinə imkan vermir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR