Bank Of Baku

Bakı-Əl-Küveyt birbaşa yük aviareysi açılacaq

Bakı-Əl-Küveyt birbaşa yük aviareysi açılacaq
# 05 dekabr 2011 11:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Əl-Küveyt şəhərində (Küveyt) Azərbaycanın «Silk Way» aviaşirkətinin müntəzəm yük reyslərinin açılması məsələsi ilə bağlı görüş keçirilib.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından (DMAA) «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Administrasiyanın direktor müavini Fuad Quliyev, Küveyt nümayəndə heyətinə isə mülki aviasiyanın prezidenti Fəvaz Əbdül-Əziz əl-Fərah başçılıq edib.

Görüşdə Azərbaycan ilə Küveyt arasında mülki aviasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər «Silk Way» aviaşirkətinin yaxın zamanlarda Bakı ilə Əl-Küveyt arasında müntəzəm yük reyslərini yerinə yetirmək niyyətini müsbət dəyərləndirib.

F.Quliyev Azərbaycan mülki aviasiyasının əldə etdiyi son nailiyyətlər və gələcək inkişaf planları barədə məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR