Bank Of Baku

İndiyədək Azərbaycanda 2 mindən artıq onlayn dəmiryolu bileti satılıb

İndiyədək Azərbaycanda 2 mindən artıq onlayn dəmiryolu bileti satılıb
# 05 dekabr 2011 11:18 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Dəmiryolunda biletlərin onlayn satışının tətbiq olunduğu noyabrın 21-dən ötən 2 həftə ərzində 2 mindən artıq onlayn bilet satılıb. Bu barədə «APA-Economics»ə «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, onlayn biletlər həm xarici, həm də daxili istiqamətdə hərəkət edən qatarlara alınıb. Biletlərin əksəriyyəti ölkə daxilindəki qatarlara aiddir.

Qeyd edək ki, noyabr ayında ölkədə 71 min dəmiryol bileti satılıb. Bunların 11 mini beynəlxalq istiqamətdə gedən qatarlara, 60 mini isə daxili qatarlara satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR