Bank Of Baku

Azərbaycanda rabitə işçilərinin peşə bayramı qeyd olunur - FOTOSESSİYA

Azərbaycanda rabitə işçilərinin peşə bayramı qeyd olunur - <font color=red>FOTOSESSİYA</font>
# 05 dekabr 2011 12:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı və Azərbaycan rabitəsinin 130 illiyinə həsr olunmuş tədbir keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkənin İKT sahəsinin inkişafından, görülmüş işlər və sahənin perspektivdən danışıb. Bununla yanaşı, nazirliyin bir sıra rəsmisi, o cümlədən bir neçə rabitəçi məruzələrlə çıxış edib.

Qeyd edək ki, dövlət başçısının sərəncamına əsasən 8 rabitəçi «Əməkdar Mühəndis» fəxri adına layiq görülüb, 1 nəfər «Şöhrət ordeni», 21 nəfər «Tərəqqi medalı», 1 nəfər «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif olunub. Eyni zamanda peşə bayramı gününün qeyd edilməsi ilə əlaqədar respublikada rabitə və informasiya texnologiyalarının inkişafında böyük əməyi olan işçilərin zəhmətinin qiymətləndirilməsi məqsədilə nazirliyin əmri əsasında 43 rabitəçi «Rabitə ustası» adına layiq görülüb, 88 nəfər isə fəxri fərmanla təltif olunub.

Qeyd edək ki, 130 il bundan əvvəl, 1881-ci il dekabrın 6-da Bakıda Nobel qardaşları tərəfindən uzunluğu 6 km olan ilk telefon xəttinin çəkilməsi ilə Azərbaycanda rabitənin yaranma tarixi başlanıb.

Xatırladaq ki, 2006-cı ildən etibarən hər il dekabrın 6-da Azərbaycanda rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı qeyd edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR