Bank Of Baku

“General Motors”: “Opel”in sanasiyası üzrə strategiya iflasa uğrayıb

“General Motors”: “Opel”in sanasiyası üzrə strategiya iflasa uğrayıb
# 05 dekabr 2011 12:24 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın “General Motors” (GM) avtomobil şirkəti Almaniyadakı törəmə müəssisəsinin - “Opel” şirkətinin sanasiyası üzrə strategiyasının iflasa uğradığını bəyan edib.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə GM-in Direktorlar Şurasının sədr müavini Stiv Cirski bildirib.

“Təəssüf ki, “Opel”i mənfəətlə işləməyə qaytarmaq planımız bu il baş tutmadı” - deyən S.Cirski qeyd edib ki, “Opel”in icraçı direktoru Karl-Fridrix Ştrake yeni anti-böhran strategiyasının hazırlanmasına başlayacaq. Bu işdə ona şirkətin top-menecmenti də kömək edəcək.

Xatırladaq ki, 1862-ci ildə əsası qoyulan “Adam Opel AG” şirkəti 1931-ci ildən GM-in törəmə müəssisəsidir. Hazırda “Opel”in 10 zavodu, 40 min işçisi var. 1999-cu ildən bəri “Opel” GM-ə 10 mlrd. dollardan çox zərər vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR