Bank Of Baku

Azərbaycandakı POS-terminallarda yeni şifrələnmə kodu tətbiq olunur

Azərbaycandakı POS-terminallarda yeni şifrələnmə kodu tətbiq olunur
# 05 dekabr 2011 14:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «MilliKart» Prosesinq Mərkəzi POS-terminallarda SSL (Secure Socket Layer) şifrələnmə protokolunun tətbiqinə başlayıb.

Mərkəzdən «APA-Economics»ə verilən məlumata görə, indi GPRS və TCP IP vasitəsilə işləyən POS-terminallar tranzaksiya zamanı ötürülən məlumatları SSL şifrələnmə protokolu əsasında həyata keçirəcək. Bu şifrələnmə protokolu POS-terminal vasitəsilə aparılan əməliyyatlar zamanı təhlükəsiz rabitə bağlantısını təmin edir.

Qeyd edək ki, SSL şifrələnmə protokolu «VISA» və «MasterCard» ödəniş sistemlərinin tələbidir və PCI DSS standartlarına əsaslanır.

Xatırladaq ki, 18 bank tərəfindən təsis edilən «MilliKart» 2006-cı ilin oktyabrından fəaliyyət göstərir. Hazırda Mərkəz tərəfindən 13 banka xidmət göstərilir. Həmin banklar (13 bank) tərəfindən 160 mindən artıq ödəniş kartları buraxılıb, 300-dən artıq bankomat və 1600-dən artıq POS-terminal quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR