Bank Of Baku

“Təmiz şəhər naminə” mobiloqrafiya fotomüsabiqəsi başa çatıb - FOTOSESSİYA

“Təmiz şəhər naminə” mobiloqrafiya fotomüsabiqəsi başa çatıb - <font color=red>FOTOSESSİYA</font>
# 06 dekabr 2011 08:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Tullantıların idarə edilməsi sahəsində ekoloji maarifləndirmə işləri çərçivəsində «Təmiz Şəhər» ASC tərəfindən iyul ayında elan edilmiş «Təmiz şəhər naminə» Mobiloqrafiya fotomüsabiqəsi başa çatıb.

ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, 4 ay davam edən müsabiqənin şərtlərinə əsasən peşəkar fotoçəkiliş üçün nəzərdə tutulmayan rəqəmsal kameralı avadanlığı (mobil telefon, noutbuk, planşet kompüter və s.) olan hər kəs yarışmaya qatıla bilərdi. İki minə qədər istifadəçinin qeydiyyatdan keçdiyi fotomüsabiqənin rəsmi internet səhifəsində yarışmanın şərtlərinə cavab verən 58 fotoşəkil yerləşdirilib və 15 gün davam edən səsvermə nəticəsində birinci nominasiya üzrə qalib seçilib. Həmçinin Bakının təmizliyinin qorunub saxlanılması və şəhəri çirkləndirənlərin ifşa olunması, sakinlərin dürüst davranışı və ictimaiyyətin rolunu əks etdirən digər fotoşəkillər səsvermə ilə yanaşı münsiflər heyəti tərəfindən 4 nominasiya üzrə (ən yaradıcı foto, ən tərbiyəvi foto, ən peşəkar foto, ən qeyri-adi foto) qiymətləndirilib.

Fotomüsabiqənin yekunlarına həsr edilmiş təqdimatda çıxış edən «Təmiz Şəhər» ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov son zamanlar gənclərin ətraf mühitin mühafizəsi və ekologiyanın qorunması məsələlərinə böyük maraq göstərməsinin çox sevindirici hal olduğunu qeyd edib və bildirib ki, mövcud ekoloji problemlərin həllində dövlət və dövlət qurumlarının əməyi ilə birlikdə ictimaiyyətin dəstəyi əvəzolunmazdır.

Tədbirin sonunda 5 nominasiya üzrə qalib gəlmiş gənc fotoqraflar «Təmiz Şəhər» ASC tərəfindən sertifikat və qiymətli hədiyyələrlə təltif edilib.

Qeyd edək ki, «Təmiz şəhər naminə» Mobiloqrafiya fotomüsabiqəsinin əsas məqsədi ətraf mühitin mühafizəsi və ekoloji problemlərə ictimaiyyətin diqqətini cəlb etmək, tullantıların idarə edilməsi sahəsində ekoloji maarifləndirmə və bu sahədə əhalinin fəal iştirakını təmin etmək idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR