Bank Of Baku

«Azercell» xidmət sahəsində nüfuzlu keyfiyyət sertifikatına layiq görülüb

«Azercell» xidmət sahəsində nüfuzlu keyfiyyət sertifikatına layiq görülüb
# 06 dekabr 2011 10:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkəti ölkədə ilk dəfə olaraq xidmət sahəsində nüfuzlu keyfiyyət sertifikatına layiq görülüb.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Azercell» EN15838 Müştərilərlə Əlaqə Mərkəzi («Customer Contact Center») nişanını alan regionun ilk özəl şirkəti olub.

«Azercell»in Telefon Mərkəzi hətta aid olduğu «TeliaSonera» şirkətlər qrupu arasında da bu səviyyəyə çatan ilk şirkətdir. EN15838 keyfiyyət sertifikatı müştərilərlə əlaqələrin yüksək səviyyəsinə zəmanət verən Avropa standartıdır. Bu norma Azad Ticarət Avropa Assosiasiyası (EFTA - European Free Trade Associations) üzvləri və Avropa məkanındakı 30 ölkə tərəfindən qəbul edilib.

EN15838 keyfiyyət sertifikatı müştəri məmnuniyyətini yüksəltmək, narazı abonentlərin sayını azaltmaq, telefon mərkəzləri əməkdaşlarının bacarıqlarını artırmağı nəzərdə tutur. Bu standartın tələblərinə görə, mərkəz işçiləri xüsusi təlimlər keçməli, müştərinin sualını qəbul edib düzgün istiqamətə yönləndirməli, onu gözlətməməli, qısa müddətdə probleminin həllinə yardımçı olmağı bacarmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR