Bank Of Baku

Bakıda yağış sularının axıdılması üçün drenaj sisteminin qurulmasına başlanıb

Bakıda yağış sularının axıdılması üçün drenaj sisteminin qurulmasına başlanıb
# 06 dekabr 2011 12:44 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Azərsu” ASC yağış sularının toplanaraq axıdılması məqsədilə genişmiqyaslı işlərə başlayıb.

ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, ilkin mərhələdə yağış sularının gölməçələr yaradaraq hərəkətə mane olan küçə və prospektlərdə yağış barmaqlıqlarının tikintisi aparılır.

Artıq paytaxtın 69 nöqtəsində tikinti quraşdırma işləri həyata keçirilir. Eyni zamanda Bakıda drenaj sistemlərinin yaradılması və yağış barmaqlıqlarının bütün küçə və prospektləri əhatə etməsi üçün layihələndirmə işləri aparılır. “Azərsu” ASC-nin Sukanal Elmi Tədqiqat Layihə İnstitutunda layihə və smeta sənədləri hazırlandıqdan sonra tikinti işlərinə başlanılacaq.

Qeyd edək ki, hazırda Bakıda küçə və prospektlərin cəmi 10%-də yağış barmaqlıqları mövcuddur və bunlar əsasən şəhərin mərkəzi hissəsini əhatə edir. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq ətraf qəsəbələrdə kanalizasiya şəbəkələri qurularkən yağış sularının toplanaraq axıdılması üçün drenaj sisteminin yaradılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR