Bank Of Baku

Asiya İnkişaf Bankı: Azərbaycan kənd yollarına kapitalın yatırılması məsələsinə diqqət yetirməlidir

Asiya İnkişaf Bankı: Azərbaycan kənd yollarına kapitalın yatırılması məsələsinə diqqət yetirməlidir
# 07 dekabr 2011 09:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda bir çox sahələrdə olduğu kimi, nəqliyyat sektorunun infrastrukturunda da boşluqlar mövcuddur, yolların tikintisində isə xeyli irəliləyiş var. «APA-Economics»in xəbərinə görə, bu barədə Asiya İnkişaf Bankının (AİB) Azərbaycan nümayəndəliyinin rəhbəri Olli Noroyono bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda magistral yolların uzunluğu 4 min km-dən çoxdur, kənd yollarının uzunluğu isə 14 min km təşkil edir: «Kənd yollarına kapitalın yatırılması vacib məsələdir və Azərbaycan buna diqqət yetirməlidir. Çünki kənd yollarının normal olması kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasına şərait yaradır».

O.Noroyono qeyd edib ki, əgər 2007-ci ildə Azərbaycan yol sektoruna 347 mln. dollar sərmayə yatırıbsa, 2010-cu ildə bu göstərici 1,3 mlrd. dollardan çox olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR