Bank Of Baku

AzTEST-in sınaq laboratoriyası beynəlxalq səviyyəli səriştəlilik sınaqlarında iştirak edib

AzTEST-in sınaq laboratoriyası beynəlxalq səviyyəli səriştəlilik sınaqlarında iştirak edib
# 07 dekabr 2011 12:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyası beynəlxalq səviyyəli səriştəlilik sınaqlarında iştirak edib.

Komitənin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Böyük Britaniyanın UKAS akkreditasiya qurumu tərəfindən akkreditasiya olunmuş FAPAS və LGC Standarts təkilatlarının keçirdikləri sınaqlarda 50-dək xarici ölkənin müvafiq laboratoriyası iştirak edib. Beynəlxalq müqayisəli sınaqlarda AzTEST-in qida məhsullarında mikrobiologiya, fiziki-kimyəvi və toksik metallar üzrə sınaqlarının nəticəsi ən düzgün nəticə hesab edilib.

Qeyd edək ki, SMPDK-nın Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasının Almaniya Akkreditasiya Qurumunda (DAkkS) akkreditasiya olunması üzrə işlər aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR