Bank Of Baku

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Regional Rabitə Birliyinin toplantısında iştirak edib

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Regional Rabitə Birliyinin toplantısında iştirak edib
# 08 dekabr 2011 06:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları Rəhbərləri Şurasının Kiyevdə (Ukrayna) keçirilən növbəti 45-ci iclasında iştirak edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iclasın gündəliyinə RRB-nin 20 il ərzində fəaliyyəti, RRB rabitə administrasiyalarının radiorabitə və poçt rabitəsi sahəsində beynəlxalq və regional forumlara hazırlığı, habelə telekommunikasiya sahəsində qarşılıqlı fəaliyyəti və s. məsələlər daxil olub.

İclasda həmçinin işçi orqanların rəhbərlərinin (RRB-nin Poçt Operatorları Şurası və poçt rabitəsi üzrə Komissiyası) təsdiq olunub və təşkilatın İcraiyyə Komitəsinin baş direktorunun və müavininin seçilməsi məsələləri daxil olmaqla, RRB-nin daxili fəaliyyətinin müzakirəsi aparılıb və müvafiq qərarlar qəbul edilib.

Tədbirdə RRB-in tamhüquqlu iştirakçılarının administrasiya rəhbərləri və müşahidəçi qismində iştirak edən nümayəndə heyətləri, eləcə də sahə üzrə regional və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR