Bank Of Baku

Nəqliyyat Nazirliyində seminar keçiriləcək

Nəqliyyat Nazirliyində seminar keçiriləcək
# 08 dekabr 2011 07:25 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Dekabrın 9-da Azərbaycan Nəqliyyat Nazirliyində BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və Beynəlxalq Nəqliyyat Forumunun (İTF) birgə təşkilatçılığı ilə Nəqliyyat Statistikası üzrə SPEKA iştirakçı ölkələri, o cümlədən digər MDB dövlətləri üçün seminar keçiriləcək.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, seminarın əsas məqsədi iştirakçıları WebCoq (Web Common Questionnaire) statistik məlumat bazası ilə tanış etmək və bunun tətbiqinə dair müzakirələr aparılmasından ibarətdir. Seminarda UNECE Nəqliyyat Bölməsinin Katibliyi, Beynəlxalq Nəqliyyat Forumu və EUROSTAT nümayəndələri də iştirak edəcəklər. Tədbirdə həmçinin, Dövlət Statistika Komitəsi, Dövlət Dəniz Administrasiyası və digər dövlət qurumlarının nümayəndələri də təmsil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR