Bank Of Baku

Fevralın 1-də Bakı-Doha aviareysi açılacaq

Fevralın 1-də Bakı-Doha aviareysi açılacaq
# 08 dekabr 2011 08:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünyanın tanınmış aviaşirkəti olan «Qatar Airways» Doha-Bakı marşrutu üzrə birbaşa sərnişin aviareysi açır.

Heydər Əliyev Beynəlxalq Hava Limanından «APA-Economics»ə verilən məlumata görə, sözügedən marşrut üzrə uçuşlara 2012-ci il fevral ayının 1-dən etibarən başlanacaq: «Bakıdan Dohaya uçuşlar həftənin hər günü yerinə yetiriləcək. Sərnişinlər həftənin II, IV və V günləri saat 18:00-da, I, III, VI və VII günləri isə saat 22:30-da Bakıdan Dohaya uça biləcəklər».

Qeyd edək ki, uçuşlar «Airbus-320» avialayneri ilə yerinə yetiriləcək. Bakı-Doha-Bakı aviareysinə aviabiletin minimal qiyməti 728 avro təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR