Bank Of Baku

® «Yeni Həyat»ın binalarını «NAI Global» idarə edəcək - FOTOSESSİYA

<font color=red>® </font> «Yeni Həyat»ın binalarını «NAI Global» idarə edəcək - <font color=red>FOTOSESSİYA</font>
# 08 dekabr 2011 11:28 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, Azərbaycanın «Yeni Həyat» MTK şirkəti inşa etdiyi daşınmaz əmlak obyektlərinin idarə olunmasını ABŞ-ın «NAİ Global» şirkətinə həvalə edib.

Bu gün şirkətlər arasında bununla bağlı müqavilə imzalanıb. «Yeni Həyat» MTK-nın direktoru Rəhim Qədirov bildirib ki, şirkət Azərbaycanda yüksək standartlara cavab verən, keyfiyyətli binaların tikintisi ilə məşğuldur: «Ən son layihəmiz olan «Yeni Həyat City» buna sübutdur. Bu layihə yaşayış binasını, biznes və ticarət mərkəzlərini özündə birləşdirir».

R.Qədirovun sözlərinə görə, indi şirkət bu binaların idarəetməsini də dünya standartlarına çatdırmaq niyyətindədir. Müqaviləyə uyğun olaraq «Yeni Həyat» MTK-nın bütün binalarını, burdakı yaşayış və qeyri-yaşayış sahələrini «NAİ Global» şirkəti idarə edəcək.

Qeyd edək ki, 1978-ci ildə yaradılan «NAI Global» şirkəti dünyanın 55 ölkəsində əmlakın idarəetməsi və ona aid servislərin göstərilməsi ilə məşğuldur. Bütün dünyada 350 ofisi və 5 minə yaxın əməkdaşı olan şirkət 40 mln. kvadratmetr sahəyə xidmət edir və illik dövriyyəsi 45 mlrd. dollardır. Şirkət daşınmaz əmlakın idarəçiliyi, əmlak brokerliyi, məsləhət, yaşayış və qeyri-yaşayış komplekslərinin idarə edilməsinə qədər ən müxtəlif xidmətlər göstərir.

Şirkətin təmsilçisi Devid Qodçou (ABŞ) Azərbaycanın daşınmaz əmlak bazarının böyük perspektivlərə malik olduğunu bildirib. Onun sözlərinə görə, şirkətin Rusiyadan sonra MDB-də ilk dəfə olaraq Azərbaycana gəlməsi bir neçə səbəblərlə bağlıdır: «Əvvəla, Azərbaycan regionun ən sabit ölkəsidir. İkincisi, əlverişli mövqeyi var ki, biz burdan da digər ölkələrə keçmək istəyirik. Üçüncüsü, bu bazar sürətli inkişaf edir, sürətinə görə hətta Rusiya bazarını da üstələyir».

Şirkət rəsmisinin sözlərinə görə, bugünkü müqaviləyə uyğun olaraq «Yeni Həyat» MTK-nın binaları dünyanın hər yerində tətbiq edilən standartlara uyğun idarə olunacaq. İdarəetmə xərcləri də buna uyğun olacaq. Göstərilən xidmətlərin çeşidinə görə xidmət haqqı 1 kv. metrə görə 50 qəpik - 10 manat arasında dəyişə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR