Bank Of Baku

Kəmaləddin Heydərov: “Bakıdakı köhnə binaların bir hissəsi sökülərək yenisi ilə əvəz oluna bilər”

Kəmaləddin Heydərov: “Bakıdakı köhnə binaların bir hissəsi sökülərək yenisi ilə əvəz oluna bilər”
# 08 dekabr 2011 11:45 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.

Onun sözlərinə görə, bu araşdırmalar Bakının müxtəlif ərazilərində, o cümlədən mikrorayonlarda aparılır. Tarixi binaların isə hamısı araşdırılır. Araşdırmalara bu yaxınlarda Türkiyədə baş verən və böyük dağıntılara səbəb olmuş zəlzələdən sonra başlanılıb: “Araşdırmalar göstərib ki, paytaxtdakı bəzi binaların konstruksiyaları zəifdir, bunlar daha çox “Xruşşovka” adlanan binalara aiddir”.

Nazir bildirib ki, FHN bu araşdırmaları başa çatdırdıqdan sonra yaxın vaxtlarda hökumət qarşısında həmin binalarda bərpa işlərinin aparılması və ya həmin binaların sökülərək yerində yeni binaların tikilməsi təklifi ilə çıxış edəcək: «Ümid edirik ki, bu məsələ yaxın vaxtlarda rəsmiləşəcək».

Nazirin sözlərinə görə, Bakıdakı köhnə binaların bir hissəsi sökülərək yenisi ilə əvəz olunması istisna edilmir.

Qeyd edək ki, Rusiyada sovet dövründən qalmış binaların, o cümlədən “Xruşşovka”ların sökülməsi və əvəzində yeni binaların tikilməsi prosesinə bir neçə ildir başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR