Bank Of Baku

“Nokia” “Vertu”nu satır

“Nokia” “Vertu”nu satır
# 08 dekabr 2011 12:20 (UTC +04:00)
Bakı - APA-Economics. mobil telefonlar istehsal edən məşhur “Nokia” (Finlandiya) şirkəti bahalı “Vertu” telefonları istehsal edən bölməsini satmaq niyyətindədir. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, buna səbəb şirkətin ciddi böhran keçirməsidir.

“Nokia” şirkəti bu barədə yayılan xəbərləri şərh etməkdən imtina edib. Lüks “Vertu” telefonlarının istehsalının neçəyə başa gəlməsi məlum deyil. Heç “Nokia” da ayrıca bu telefonların satışından əldə etdiyi mənfəətin həcmini açıqlamır. Amma bu rəqəmin ildə 200-300 mln. avro təşkil etdiyi təxmin edilir.

Qeyd edək ki, “Nokia” mobil kommunikasiya texnologiyaları sahəsində dünya liderlərindən biridir. Mobil aparatura və mobil telefonlar üçün proqram təminatı istehsal edən şirkətin 136 min nəfər işçisi var. Ötən il 453 min ədəd mobil qurğu satan “Nokia”nın satışı son illər getdikcə aşağı düşür. Smartfon satışına görə də şirkət “Apple” (ABŞ) və “Samsung” (Cənubi Koreya) şirkətlərindən geri qalır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR