Bank Of Baku

Nazir Kəmaləddin Heydərov: «Azərbaycanda təhvil verilməyən yeni yaşayış binaları sökülməyəcək»

Nazir Kəmaləddin Heydərov: «Azərbaycanda təhvil verilməyən yeni yaşayış binaları sökülməyəcək»
# 08 dekabr 2011 12:18 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib: «Bəzən şikayətlər olur ki, yeni tikililərdə adamlar yaşayır, amma ora qaz və ya digər kommunal xidmətlər verilmir. Bu, təbiidir. Çünki qanuna görə, yeni tikililərdə bütün texniki şərtlərə əməl olunmalı və bina təhvil verilməlidir. Yalnız bundan sonra binaya qaz və digər kommunal xidmətlər göstərilə bilər».

Hazırda təhvil alınmayan binaların sayı çox olmadığını bildirən nazirin sözlərinə görə, belə binalara verilən kommunal xidmətlərin pulunun yığılmasında da problem ola bilər: «Ona görə də insanlar və inşaat şirkətləri bu məsələlərə ciddi yanaşmalı və əvvəlki səhvləri təkrar etməməlidir».

Nazir indiyədək təhvil verilməyən binaların söküləcəyi ilə bağlı ehtimalları da təkzib edib: «Bina sökülməyəcək, əgər onun qazla bağlı texniki şərti yoxdursa, onu həll etməlidir».

K.Heydərov bildirib ki, binaların təhvil alınmaması orada yaşayanlara digər problemlər də yaradır: «Sakinlər telefondan istifadə edə bilmir, ünvanları yoxdur, onlara məktubun gəlməsi mümkün deyil, eləcə də təcili yardım xidmətləri, o cümlədən yanğınsöndürənlərin buranı tapması da çətinləşir».

Nazirin sözlərinə görə, hazırda FHN və şəhər rayon icra hakimiyyətləri yeni yaşayış binalarının təhvil verilməsi prosesinin sürətləndirilməsi üzrə iş aparır. O bildirib ki, son vaxtlar əhali də bu işə diqqətlə yanaşmağa başlayıb: «Son vaxtlar adamlar alacaqları evlərə nəzarət edirlər. Adamlar evləri alanda sadəcə ucuzluğu deyil, sonradan yarana biləcək texniki məsələləri də nəzərə almalıdırlar».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR