Bank Of Baku

Kəmaləddin Heydərov: «Sürüşmələrin qarşısı ən müasir üsullarla alınacaq»

Kəmaləddin Heydərov: «Sürüşmələrin qarşısı ən müasir üsullarla alınacaq»
# 08 dekabr 2011 12:33 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib: «Bayıldakı sürüşmələrin səbəblərini araşdırmaq üçün hökumətin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyi Yaponiyadan mütəxəssislər dəvət edib və hazırda burada böyük bir qrup mütəxəssis işləyir».

Nazir bildirib ki, qrupların əsas məqsədi sürüşmələrin dərinliyini, sürüşmə kütləsinin həcmini, onların ziyan vura biləcəyi əraziləri müəyyənləşdirmək və onun qarşısını almaq üçün tədbirlər görməkdir. Bu məqsədlə ərazidə əvvəlkilərdən fərqli olaraq maksimum dərinlikdə sınaq quyularının qazılmasına başlanılıb: «Müxtəlif geoloji təbəqələrdə təhlillər aparmaqla yekun sənədləri hazırlayırıq».

K.Heydərov qeyd edib ki, sürüşmələrin qarşısı ən müasir üsullarla alınacaq: «Biz bununla bağlı Yaponiya şirkətlərinin ən yeni texnologiyaları ilə tanış olmuşuq və təhlillər başa çatandan sonra bu tədbirləri və bərkitmə işlərinin harada aparılacağını açıqlayacağıq».

Nazir bildirib ki, hazırda sürüşmə ilə bağlı Şəhidlər Xiyabanı üçün ciddi təhlükə yoxdur: «Amma gələcəkdə bunların qarşısı alınmalıdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR