Bank Of Baku

Azərbaycan Hollandiyadan 3 yeni gəmi alıb

Azərbaycan Hollandiyadan 3 yeni gəmi alıb
# 08 dekabr 2011 12:35 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Fövqəladə Hallar Nazirliyi Kür çayındakı təmizləmə işlərinin aparılması üçün Hollandiyadan 3 yeni gəmi alıb. «APA-Economics»in məlumatına görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.

Onun sözlərinə görə, yeni gəmilər bu yaxınlarda onlar Kür zonasında işləməyə başlayacaqlar: “Onlardan Kür çayının dibinin dərinləşdirilməsi və sahil-bərkitmə işlərində istifadə ediləcək. O cümlədən Kür çayının deltasında təmizləmə, bərkitmə və dərinləşdirmə işləri aparılmalıdır. Onlar bu sahədəki ən müasir texnologiyalardan biridir».

Nazir qeyd edib ki, gələcəkdə bu texnika vasitəsilə daşqınlardan əlavə, Salyan, Neftçala və Kürdəmir rayonları ərazisində problemlər yaradan qrunt sularının qarşısı alınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR