Bank Of Baku

Azərbaycanın İKT sektorunun həcmi son 6 ildə 6 dəfə artıb

Azərbaycanın İKT sektorunun həcmi son 6 ildə 6 dəfə artıb
# 08 dekabr 2011 14:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 6 il ərzində Azərbaycanın İKT sektorunun həcmi 6 dəfə artıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, orta illik artım tempi 25-30% təşkil edib, informasiya texnologiyaları sahəsinin həcmi və məhsul ixracı isə son 6 ildə hər biri 4 dəfə yüksəlib.

«Hazırda ölkə əhalisinin 60%-i internet, onların yarısı isə genişzolaqlı internet xidmətlərinin istifadəçiləridir. Mobil telefonlardan istifadə ildən-ilə yüksəlib və hazırda hər 100 nəfərdən 110-u mobil rabitə istifadəçisidir və internetdən bu vasitə ilə yararlana bilər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR