Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Nar Mobile» abunəçiləri yeni «CavanNar» tarifinə qoşulmaqla hər ay pulsuz danışıq, SMS və internet əldə edə bilər.
Tarifə qoşulan gənclər hər ay bonus olaraq tarif daxilində 300 dəqiqə, şəbəkədaxili 300 SMS və 300 MB internet trafiki əldə edəcək. «CavanNar» tarifinin abunəçiləri öz aralarında dəqiqəsi 2 qəpikdən danışa biləcək. Tarifə qoşulmaq üçün şəxsiyyəti təsdiq edən sənədlə «Nar Mobile» Mərkəzlərinə və «Nar Dünyası» mağazalarına yaxınlaşmaq lazımdır.
Qeyd edək ki, «CavanNar» tarifinə yalnız 18-25 yaş arasındakı gənclər qoşula bilər. Yeni tarifin aylıq abunə haqqı 99 qəpik təşkil edir.
«CavanNar» tarifinin qiymət cədvəli:
Tarifdaxili zəngin 1 dəqiqəsi | 2 qəp |
Şəbəkədaxili zəngin 1 dəqiqəsi | 5 qəp |
Şəbəkəxarici zəngin 1 dəqiqəsi | 5 qəp |
Video zəngin 1 dəqiqəsi | 5 qəp |
Ölkədaxili SMS | 3 qəp |
Ölkədaxili MMS | 3 qəp |
İnternet trafiki (200 KB) | 5 qəp |
Mobil TV (1 MB) | 10 qəp |