Bank Of Baku

BTRİB şəbəkəsi ATS-lərinin montaj tutumları 778 min nömrəyə çatdırılıb

BTRİB şəbəkəsi ATS-lərinin montaj tutumları 778 min nömrəyə çatdırılıb
# 25 yanvar 2012 08:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) şəbəkəsi ATS-lərinin montaj tutumları 778 min nömrəyə çatdırılıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, stansiyaların rekonstruksiyası, genişləndirilməsi və yerinin dəyişdirilməsi ilə yanaşı, şəbəkənin xətt şəbəkəsində 18 min cüt yeni xətt qurğuları tikilərək istifadəyə verilib, şəbəkə ATS-lərinin alternativ rabitəsinin təşkili və eyni zamanda internet xidmətlərinin göstərilməsini genişləndirmək məqsədilə şəbəkədə 33,4 km fiber-optik kabellərin çəkilməsi təmin olunub.

Qeyd edək ki, «AzEuroTel» şirkətinin BTRİB-in tabeliyinə verilməsindən sonra bu şəbəkədə də modernləşdirmə işlərinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR