Bank Of Baku

“Apple”in mənfəət və gəlirləri rekord səviyyədə artıb

“Apple”in mənfəət və gəlirləri rekord səviyyədə artıb
# 25 yanvar 2012 10:29 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın “Apple” korporasiyasının xalis mənfəəti 2011-2012-ci maliyyə ilinin I rübündə iki dəfə artaraq, illik müqayisədə 6 mlrd. dollardan 13,06 mlrd. dollara yüksəlib.

APA-Economics”in xəbərinə görə, şirkətin yaydığı maliyyə hesabatında bildirilir ki, “Apple”in gəlirləri 73% artaraq 26,74 mlrd. dollardan 46,33 mlrd. dollara qalxıb.

Şirkət bəyan edib ki, bu mənfəət və gəlir göstəriciləri “Apple”in tarixi ərzində rekord göstəricidir.

Ötən ilin oktyabr-dekabr ayları ərzində “Apple” 37,04 mln. “iPhone” smartfonu (+128%), 15,43 mln. “iPad” planşeti (+111%) satıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR