Bank Of Baku

Azərbaycanda tikinti şirkətləri ötən il inşaat işlərini 27% artırıb

Azərbaycanda tikinti şirkətləri ötən il inşaat işlərini 27% artırıb
# 25 yanvar 2012 10:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi əvvəlki ilin səviyyəsini 26,9% üstələyib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ildə görülmüş ümumi tikinti işlərinin 76,5%-ni yeni tikinti, yenidənqurma və genişləndirmə, 16,2%-ni əsaslı təmir, 2,9%-ni cari təmir, 4,4%-ni isə sair tikinti işləri təşkil edib.

«Dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirilmiş ümumi inşaat işlərinin 25,2%-ni, qeyri-dövlət tikinti müəssisələri isə 74,8%-ni həyata keçirib», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR