Bank Of Baku

Azərbaycanda “Renault Fluence” avtomobillərinin satışına başlanılıb

Azərbaycanda “Renault Fluence” avtomobillərinin satışına başlanılıb
# 25 yanvar 2012 10:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda “Renault” avtomobillərinin rəsmi təmsilçisi olan “Nurgün Motors” şirkəti yeni “Fluence” modelinin satışına başlayıb.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, MDB ölkələrinin iqlim və yol örtüyü xüsusiyyətləri nəzərə alınaraq işlənib hazırlanmış yeni sedan Azərbaycan yolları üçün də tam uyğundur.

Azərbaycan bazarına «Renault Fluence» modeli 106 at gücü, 1,6 litr həcmli benzin mühərriki, beşpilləli mexaniki sürət ötürücü qutu, dördpilləli avtomatik sürət ötürücü qutu, həmçinin 138 at gücü, 2 litr həcmli yeni pilləsiz transmissiya (variator) ilə gətirilib: «Sözügedən modelin baza komplektasiyasında qiyməti 17,2 min manat təşkil edir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR