Bank Of Baku

Dünya Bankı növbəti 3-4 ildə Azərbaycanda daha 300 km magistral yollarının yenidən qurulmasını maliyyələşdirəcək

Dünya Bankı növbəti 3-4 ildə Azərbaycanda daha 300 km magistral yollarının yenidən qurulmasını maliyyələşdirəcək
# 25 yanvar 2012 12:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Növbəti 3-4 il ərzində Dünya Bankının (DB) vəsaiti hesabına Azərbaycanın daha 300 km-dən artıq magistral yolları yenidən qurulacaq. Bu barədə «APA-Economics»ə DB-nın Azərbaycandakı daimi nümayəndəliyindən bildirilib.

Nümayəndəlikdən verilən məlumata görə, Bakıdan qərbə, şimal-qərbə və cənuba doğru magistral yolların bir qismi DB-nın yardımı ilə qurulur və ya bərpa olunur: «Məsələn, 2011-ci ildən etibarən magistral yolların 300 km-dən çox hissəsi DB tərəfindən maliyyələşdirilib və yaxşılaşdırılıb. Növbəti 3-4 il əzində əlavə 300 km və ya daha çox yol yenidən qurulacaq».

Qeyd edək ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank 43 layihənin icrasına Azərbaycana 2 969,0 mln. ABŞ dolları məbləğində maliyyə yardımı göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR